İqtisadiyyat Manşet

“Azəristiliktəchizat”: “İstilik xətlərinin mühafizə zonasında müxtəlif obyektlərin olması narahat edir”

“Azəristiliktəchizat” ASC-ni narahat edən məsələlərdən biri infrastrukturun üzərində qanuni və ya qeyri-qanuni tikililərin olmasıdır.

“Zirvə yolu” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər payız-qış mövsümündə həyata keçirilən tədbirlərinin icrası haqqında keçirdiyi mətbuat konfransında deyib.

“Bizim istilik xətlərinin mühafizə zonasında kifayət qədər müxtəlif təyinatlı obyektlər var ki, onlar normal fəaliyyətimizə təsir göstərir. Həmin obyekt sahiblərinə ünvanladığımız müraciətlər nəticə verməsə, biz növbəti dəfə ünvanlı şəkildə onlar barədə mətbuata məlumat verəcəyik”, – deyə İ.Mirzəliyev əlavə edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir