Dünya Manşet

Baxmutda son durum – ağır döyüşlər gedir, “Vaqner” muzdluları məğlubiyyətə uğrayır

“Rusiya Baxmutda nizami qoşundan istifadə etməyə məcburdur. Çünki “Vaqner” muzdlu hərbi təşkilatı uğursuzluğa uğrayır, işinin öhdəsindən gələ bilmir”.

“Zirvə yolu” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, Baxmutda vəziyyət gərgindir: “Şəhərdə küçə döyüşləri gedir”.

S.Çerevatı Baxmutun nə qədər ərazinin Rusiyanın nəzarətində olduğunu açıqlamayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Təxminən 6 aydır Donetsk vilayətinin Baxmut şəhərində Rusiya və Ukrayna qoşunları arasında gərgin döyüşlər gedir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir