İdman

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin 1/4 finalçıları ilə görüş keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin 1/4 finalçıları ilə görüş və mətbuat konfransı keçirilib.

“Zirvə yolu” xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edib.

O, turniri keçirmə məqsədlərinə nail olduqlarını söyləyib: “Son mərhələyə yaxınlaşmışıq. Turnirdə 52 komanda mübarizə aparırdı. Qrup, pley-off mərhələlərini keçmişik və artıq 1/4 final mərhələsindəyik. Bura qədər irəliləmiş komandaları təbrik edir, bütün iştirakçı kollektivlərə təşəkkürümüzü bildiririk. Əsas məqsədimiz turnirdə iştirakın dövlət qurumlarının əməkdaşları üçün əlavə motivasiya olması idi. Minimum qoyduğumuz hədəflərə nail olduq. Ümid edirik ki, liqa növbəti illərdə də davam edəcək”.

E. Məmmədov təşkilati işlərdə dəstəyə görə AFFA, Azərbaycan Minifutbol Federasiyası və güc strukturlarına təşəkkür edib.

Daha sonra turnirin növbəti oyunlar üçün təqvimi açıqlanıb. Bildirilib ki 1/4 final matçları 15-16 apreldə, yarımfinal görüşləri 30 apreldə, üçüncülük və final oyunları isə 7 may tarixində Bakı Tennis Akademiyasında keçiriləcək.

Turnirin 1/4 finalında SOCAR – Daxili İşlər Nazirliyi, Baş Prokurorluq – Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi – Gənclər və İdman Nazirliyi, Dövlət Gömrük Komitəsi – Azərbaycan Dəmir Yolları QSC oyunları keçiriləcək.

Yarışda ilk 4 yeri tutacaq komandalar mükafatlandırılacaqlar. E.Məmmədov bildirib ki, 4-cü yerin sahibi “Qarabağ” klubunun yerli beynəlxalq oyunununu “Sky-box”dan izləmək imkanı qazanacaq. 3-cü yeri tutacaq komanda bahalı saatlarla mükafatlandırılacaq. 2-ci yerin sahiblərinə Su İdman Sarayında birillik premium abunəlik hədiyyə ediləcək. Yarış futbolla bağlı olduğu üçün qalib komandanın 15 üzvü üçün “Qarabağ”ın səfərdə keçirəcəyi avrokubok matçlarının birini izləmək təşkil olunacaq. Bundan başqa, turnirin ən yaxşı oyunçusu, ən yaxşı qapıçısı, ən məhsuldar oyunçusu, ən yaxşı hakimi mükafatlandırılacaq. Əlavə olaraq feyr-pley mükafatı təqdim olunacaq.

Tədbirin yekununda iştirakçı komanda nümayəndələrinin təklif və iradları dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi, 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandalarının iştirakı ilə təşkil etdiyi turnir 2022-ci il noyabrın 19-da start götürüb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir