İqtisadiyyat Manşet

İlham Mirzəliyev: “İstilik enerjisinin istehsalının resurs və maliyyə tələbi daha dəqiq müəyyən olunacaq”

“Azəristiliktəchizat” ASC 60 istilik sayğacının satınalınması prosesini yekunlaşdırıb və pilot layihə çərçivəsində qeyri-əhali abonentləri üçün quraşdırılmasına başlayıb.

“Zirvə yolu” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər payız-qış mövsümündə həyata keçirilən tədbirlərinin icrası haqqında keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, layihə nəticəsində istilik və isti su məqsədləri üçün istilik enerjisinin istehsalının və çatdırılmasının resurs və maliyyə tələbi daha dəqiq müəyyən olunacaq, xidmət keyfiyyətinin yüksəldilməsi, istehsal prosesinin daha səmərəli təşkili təmin edilməklə, istehlakçı məmnunluğunun artırılması üçün əsaslı zəmin yaradılması mümkün olacaq.

“Bundan başqa, isti su təchizatının sayğaclaşdırılması ilə bağlı əlavə tədbirlər görülməkdədir və mövcud isti su sayğaclarının yenilənməsi üçün Azərbaycanda yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq 3 500 ədəd isti su sayğacının alınmasına dair müqavilə imzalanıb və artıq sayğacların yenilənməsi işlərinə başlanıb.

Hazırda istilik sayğacları quraşdırılmadığı hallarda istilik təchizatı xidmətləri əhali istehlakçıları üçün mənzilin 1 kvadrat metr yaşayış sahəsinə görə, qeyri-əhali istehlakçıları üçün binanın 1 kubmetr tikinti həcminə görə Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli qərarına əsasən müəyyən etdiyi tariflərlə hesablanır”, – İ. Mirzəliyev qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir