Dünya Manşet

Əfqanıstanda Ramazan bayramı ilə əlaqədar 2 460 məhbus əfv ediləcək

Əfqanıstanda hakimiyyətə gələn radikal “Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadə müsəlmanların müqəddəs Ramazan ayının sona yaxınlaşması və Fitr bayramının yaxınlaşması münasibətilə 2 460 məhbusun əfv edilməsi və azadlığa buraxılması barədə göstəriş verib.

“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Əfqanıstan Ali Məhkəməsi məlumat yayıb.

“Möminlərin Ali Rəhbərinin göstərişi və Baş Hakimin istəyi ilə amnistiyaya əsasən ölkədəki həbsxanalardan 2 460 məhbus azadlığa buraxılır”, – məhkəmənin tvitter səhifəsində bildirilib.

Ali liderin fətvası ilə daha 471 məhbusun cəza müddəti azaldılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir