İdman

Dünya Güləş Birliyi: “Mariya Stadnik müasir dövrün əfsanəsidir”

Dünya Güləş Birliyi (UWW) Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) və türkiyəli Yasemin Adarla (76 kq) bağlı paylaşım edib.

“Zirvə yolu”nun məlumatına görə, UWW-nin sosial şəbəkə hesablarında Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında qızıl medal qazanan hər iki idmançının fotosu yayımlanıb.

Paylaşımın üzərində isə “Müasir dövrün iki əfsanəsi” sözləri yazılıb.

Qeyd edək ki, Zaqrebdəki yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxan Stadnik 9-cu, Adar isə 6-cı Avropa çempionluğunu rəsmiləşdirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir