Bakının Nərimaov rayonunun Mayakovski 15 ünvanında yerləşən binanın sakinləri aksiya keçirib.
Bina sakinləri aprelin 20-də keçirdikləri aksiya zamanı evlərinin sökülməsindən və onlara təklif edilən kompensasiyadan şikayətçi olublar.
Deyirlər ki, evlərinin hər kvadratmetrinə 2000 manat təklif olunur. Həmin məbləğəsə eyni ərazidə ev tapmaq mümkün deyil. Sakinlər bildirir ki, ya yaşadıqları ərazidə yeni bina tikib onları köçürsünlər, ya da evlə təmin etsinlər.
Sakinlər əlavə edir ki, Nərimanov rayon icra hakimiyyəti onlara yaşadıqları ərazidə park salınacağını bildirib, amma Bakı şəhərsalma və arxitektura komitəsinin sakinlərə təqdim etdiyi cavabda bildirilib ki, bugünədək hər hansısa tikinti işlərinin aparılması ilə bağlı komitəyə müraciət daxil olmayıb. Əgər hər hansısa tikinti işləri aparılarsa, öncədən üç gün ərzində icazə alına bilər.
Toplum Tv məsələ ilə bağlı Nərimanov rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. İcra Hakimiyyətindən Mayakovski 15 küçəsində yerləşən bina ilə bağlı planlarının nə olduğunu öyrənməyə çalışıb, amma edilən zənglər cavabsız . Bina sakinləri isə tələbləri yerinə yetirilənədək etirazlarına davam edəcəklərini söyləyiblər.
Toplum TV