İtaliya “Napoli”si futbolçusu Viktor Osimhenə 150 milyon avro qiymət qoyub.
“Zirvə yolu” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Neapol təmsilçisi nigeriyalı hücumçunu ucuz qiymətə satmaq istəmir.
Klub prezidenti Aurelio De Laurentis çoxsaylı təkliflərə baxmayaraq, 25 yaşlı forvardı komandada qalmağa razı salmağa çalışır. Afrikalı oyunçunun da “Napoli”ni tərk etmək fikrində olmadığı və yeni müqavilə şərtlərində rəhbərliklə ortaq məxrəcə gəlmək istədiyi bildirilib.
Qeyd edək ki, Viktor Osimhenlə İngiltərənin “Mançester Yunayted” klubu daha yaxından maraqlanır.