Cəmiyyət

Şeyxülislam: Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə baxılır

Əfv komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə baxılır.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O bildirib ki, Əfv komissiyasının iclaslarında iştirak edir və müraciətləri oxuyur:

“Müraciətləri oxuyan zaman görürük ki, bəzi şəxslər əvvəlcə törətdikləri əməlləri inkar etsələr də, sonradan öz günahlarını qəbul edirlər. Ömürlük məhbuslarla bağlı müəyyən fikirlər var, müraciətlərinə baxılır. Lakin bu birbaşa dövlət başçısının səlahiyyətində olan bir məsələdir. Hesab edirəm ki, insanlara yenidən şans vermək lazımdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir