İdman

Azərbaycan Premyer Liqasında XXXI tura Sumqayıtda yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq.

“Zirvə yolu”nun məlumatına görə, son olaraq “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.

“Gənclik şəhəri” təmsilçisi 25 xalla 8-ci, “qırmızı-qaralar” 42 xalla 4-cü pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 42 dəfə üz-üzə gəliblər. Bunların 5-də “Sumqayıt”, 24-də “Qəbələ” meydanı 3 xalla tərk edib. 13 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində də qonaqların aşkar üstünlüyü var – 67:31

18:00. “Sumqayıt”– “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki üç matçında bərabərlik qeydə alınıb. “Şamaxı” “Kəpəz”lə, “Neftçi” “Səbail”lə 1:1 hesablı heç-heçə edib, “Qarabağ” isə “Zirə” ilə sülhə razılaşıb – 2:2. “Sabah” səfərdə “Turan Tovuz”u iki cavabsız qolla üstələyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir