Dünya Manşet

NASA və Ukrayna Kosmik Agentliyi əməkdaşlıq sazişi imzalayıblar

Vaşinqtonda NASA və Ukrayna Kosmik Agentliyi gələcək əməkdaşlıq haqqında saziş imzalayıblar.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova feysbukda bildirib.

“Belə ruhlandırıcı sahədə daha bir müsbət nəticə – kosmos. Bu gün Vaşinqtonda, NASA-nın mənzil-qərargahında NASA və Ukrayna Dövlət Kosmik Agentliyi arasında Birgə Bəyanatın imzalanması mərasimi keçirilib”, – məlumatda deyilib.

Diplomatın sözlərinə görə, NASA administratoru Bill Nelson və Ukrayna Dövlət Mülki Aviasiya Komitəsinin sədr müavini Volodimir Mixeyev iqtisadiyyat nazirinin müavini İqor Fomenko ilə birlikdə ölkənin raket-kosmik sənayesi üçün yeni imkanlar və Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin ABŞ dinc kosmos, rabitə və naviqasiya sahələrində, eyni zamanda Beynəlxalq Kosmik Stansiya layihələri və digər sahələrdə daha bir addım atıblar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir