Azərbaycanlı gənc futbolçu Raul Dadaşov İspaniya komandasında oynamağa başlayıb.
“Zirvə yolu” xəbər verir ki, 17 yaşlı futbolçu karyerasını İspaniyanın gənclərdən ibarət Deportivo Penas komandasında davam etdirəcək.
Həmyerlimiz artıq komandanın reallaşdırdığı ilk matçda 2 qol və növbəti matçda isə 3 qolla əla oyun nümayiş etdirib.
Azərbaycanlı futbolçunun vurduğu qollar alqışla qarşılanıb.
Qeyd edək ki, Dadaşov Raul Bəhruz oğlu 2006-cı ildə Sumqayıt şəhərində anadan olub. O,
Sumqayıt şəhər 1 saylı orta məktəbi bitirib.
Hələ uşaq yaşlarından futbola böyük marağı olan R.Dadaşov Sumqayıt City və Qarabag Sumqayıt FK-da oynayıb. O, tanınmış məşqçi Kənan Kərimovun yetirməsidir.