Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab matçlarını idarə edəcək hakimlər müəyyənləşib.
“Zirvə yolu”nun məlumatına görə, aprelin 26-da oynanılacaq “Neftçi” – “Turan Tovuz” görüşü Fərid Hacıyevə tapşırılıb.
Aprelin 27-dəki “Səbail” – “Qəbələ” qarşılaşması isə FIFA referisi Əliyar Ağayevə həvalə olunub.
Qeyd edək ki, ilk oyunlarda Tovuz və Qəbələ təmsilçiləri müvafiq olaraq 1:0 və 3:2 hesablı qələbə qazanıblar.