Moldovanın Moskvadakı səfiri Lilian Dariy aprelin 25-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
“Zirvə yolu” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, buna səbəb rusiyalı diplomatın Moldovadan çıxarılmasıdır.
L.Dariy da məsələyə şərh verməyib.
Qeyd edək ki, Rusiyanın Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov ötən həftə Moldovanın paytaxtı Kişineuə gedib. Lakin Moldova höküməti onun hava limanında təyyarədən enməsinə icazə verməyib.
Bundan başqa, ötən həftə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Filip Kojokaru bildirmişdi ki, Kişineu Rusiya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs (“persona non-qrata”) elan edib.