İdman

“Qarabağ”ın hücum tandemi Messi-Mbappe cütlüyündən daha məhsuldardır

“Qarabağ”ın hücumçuları Musa Qurbanlı və Ramil Şeydayev 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında birlikdə 38 qol vurublar.

“Zirvə yolu”nun məlumatına görə, Azərbaycan millisinin üzvləri müvafiq olaraq hərəyə 20 və 18 dəfə rəqib qapılarına yol tapıblar.

Avropanın “Top-5” liqalarında yalnız bir tandem bundan çox qola imza atıb. “Mançester Siti”nin İngiltərə Premyer Liqasındakı ən məhsuldar oyunçuları olan Erlinq Holann və Fil Foden rəqib qapıçıları birlikdə 41 dəfə məyus ediblər.

“Böyük beşlik” ölkələrində bu baxımdan ikinci sırada Fransa çempionatının ulduzları Kilian Mbappe və Lionel Messi qərarlaşıblar. PSJ-nin hücumçularının Liqa 1-də ümumi qol sayı 37-dir ki, bu, Qurbanlı-Şeydayev tandemindən 1 top azdır.

Müqayisə üçün əlavə edək ki, Türkiyə Super Liqasında iki cütlük bərabər sayda qol vurub. “Fənərbağça”nın hücumçuları Enner Valensiya və Mişi Batşuayi birlikdə 37 dəfə rəqibləri məyus ediblər. Çempionata bombardirlik edən ekvadorlu Valensiya 27, belçikalı Batşuayi isə 10 qola imza atıb. “Fatih Karagümrük”ün legioner tandeminin də bu mövsüm 37 qolu var. Fabio Borini 19, Mbaye Dian isə 18 qolla komandasına fayda verib.

“Top-5” liqaların ən məhsuldar 5 tandemi:

İngiltərə Premyer Liqası: 41 qol (“Mançester Siti”) – Erlinq Holann (32) / Fil Foden (9)

Fransa Liqa 1-i: 37 qol (PSJ) – Kilian Mbappe (22) / Lionel Messi (15)

İtaliya A seriyası: 33 qol (“Napoli”) – Viktor Osimxen (21) / Xviça Kvaratsxeliya (12)

İngiltərə Premyer Liqası: 32 qol (“Tottenhem”) – Harri Keyn (24) / Xın Min Son (8)

Fransa Liqa 1-i: 29 qol (“Monako”) – Vissam Ben Yedder (17) / Bril Embolo (12)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir