2020-ci ilin kampaniyası zamanı ABŞ Prezidenti Cozef Baydenin də yaşı ilə bağlı iddialar səslənib, lakin o, tapşırıqları yerinə yetirir.
“Zirvə yolu” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.
“Yaş baxımından biz bunu 2020-ci ildə təkrar-təkrar eşitmişik. Amma onun son iki ildə etdiklərinə nəzər salsanız, görərsiniz ki, işlərin öhdəsindən gələ bilib”, – Jan-Pyer bildirib.
O, respublikaçıların Amerika xalqının rifahı naminə tapşırıqları yerinə yetirmədiyini vurğulayıb.
Mətbuat katibi müvafiq iddiaların əsassızlığı ilə bağlı mülahizələrində Baydenin yalnız növbəti seçkiyə qədər qocalacağını qeyd etməyib. Jan-Pyer “Bayden qalib gəlsə, ikinci müddətinin sonuna qədər bitirməyi planlaşdırırmı” sualına cavab verməyib.
Bayden daha əvvəl videomüraciət vasitəsilə ABŞ prezidentliyi uğrunda yenidən mübarizə aparmaq niyyətində olduğunu bildirib. Tarixdəki ən yaşlı Amerika lideri növbəti seçkilər zamanı 82 yaşında olacaq və o, qalib gələrək bütün müddətə xidmət etsə, seçki başa çatan zaman Baydenin 86 yaşı olacaq.