Cəmiyyət

Bakıda 37 yaşlı piyadanı avtomobil vurub

Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Zirvə yolu”nun məlumatına görə, avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Balayev Fərid Fərhad oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Fakt araşdırılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir