Sudanda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən toqquşmalarda ən azı 400 nəfər həlak olub, 3,7 mindən çox insan yaralanıb.
“Zirvə yolu” xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının bu ölkədəki vəziyyətlə bağlı iclasında çıxışı zamanı deyib.
“Azı 400 adam öldü”, – deyə Quterreş onlardan dördünün BMT-yə bağlı strukturların işçiləri olduğunu açıqlayıb. “3 700-dən çox insan zərər çəkdi, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qaldı”, – beynəlxalq təşkilatın baş katibi davam edib.
O əlavə edib ki, münaqişə döyüş meydanında həll oluna bilməz, tərəflər daimi atəşkəsə gəlməlidir.
“Münaqişə tərəfləri ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş 72 saatlıq atəşkəsə hörmət etməli və hərbi əməliyyatların daimi dayandırılması üçün birlikdə çalışmalıdırlar”, – Quterreş deyib.