Xəbər

Elmi Tədqiqat Kardiologiya İnstitutunda Gülnaz Dadaşova qanunları – İTTİHAM VAR

Elmi Tədqiqat Kardiologiya İnstitutu ilə bağlı cumhuriyyet.az-a bu müəssisənin bir qrup əməkdaşı adından ilginc daktların yer aldığı məktub daxil olub. Məktubda bildirilir ki, dəfələrlə Elmi Tədqiqat Kardiologiya İnstitutunda baş verən qanunsuzluqlardan və özbaşınalıqdan, insan və həkim hüquqlqrının pozulmasından, elmi işcilərə və professor heyətinə hörmətsizlik və onlara qərəzlilik taktikasını tutan, öz əməkdaşlarını qəbul etməyən direktorun davranış pozuntuları haqqında şikayət ərizələri yazılmış və sosial şəbəkələrdə məqalələr çıxmışdır. Lakin aidiyyatı orqanlar bu işlərə barmaqarası yanaşmışdılar. Məktub müəllifləri yazır:

“Direktor vəzifəsini icra etmək üçün heç bir səriştəsi olmayan, 1 il ərziində plagiat elmlər doktorluğu müdafiəsini edən kimi özünü vəzifəyə qoyduran Gülnaz Dadaşova sanki dövlət müəssəsinə deyil, şəxsi mülkə direktor təyin olunub. Bu səbəbdən də institutda baş verən proseslər və əmək qaydaları dövlət tərəfindən akreditə olunmuş rəsmi təşkilata uyğun deyil, Gülnaz xanımın və onun yaxın əhatəsinin maraqlarına uyğun qurulub.

Maraqlı odur ki, Gülnaz Dadaşova yaxın ətraflarının əməllərinə nəinki göz yumur, hətta özü də bu tipli cinayətlərdə iştirak edir. Belə ki, institutun ” hərbi çağırışçılarla” məşğul olan həkim komissiyasının üzvülərindən istifadə edərək saxta sənədlərə qol çəkib küllü miqdarda gəlir əldə edir. Dadaşova hakimiyyəti zamanı xəstələrdən fond pulu yığılması, açıq-açığına palatanın satılması, 400ml-ik sistemlərin tərkib hissələri nəzərə alınmadan, higiyenik və antisanitar normalara uyğun olmadan iki-üç xəstə arasında bölünməsi , köhnə vaxtı keçmiş dərmanların xəstələrə istifadə olunması və təzə dərmanların aptek şəbəkəsi vasitəsi ilə satılması, funksional həkimlərdən 300-500 man civarında pul yığılması və əks təqdirdə onların işdən uzaqlaşdırılması faktdır.

ETKİ böyük elm ocağıdır. Oranın , böyük kliniki və elmi məktəbi var. Bu xanım vəzifəyə gələndən elə birinci zərbəni elmi dərəcəsi olan elmi işçilərə vurdu. Belə ki, institutun elmi katibini, Tibb elmləri doktoru Sona Qəhrəmanovanı qeyri qanuni olaraq işdən azad etdi. Gedən məhkəmələr və Ali məhkəmənin qərarı ilə elmi katib öz vəzifəsinə qayıtsa da təzyiqetmə və təhdidetməyə məruz qaldı. Gülnaz Dadaşova ona öz vəzifəsini icra etməyə imkan vermədi. Təzyiqə və təhdidlərə məruz qalan Sona Qəhrəmanova öz xoşu ilə işdən çıxmaq məcburiyyəyində qaldı. Cəzasız qaldıqca G.Dadaşova öz çirkin əməlini davam etdirir və təkmilləşdirir. Belə ki, təzyiqlərinə qanun donu geyindirərək hər addımını kağız üzərində şantajla, izahat və töhmətlə qanunlaşdıraraq 40 il elmi və kliniki fəaliyyətini ETKİ-na həsr edən, tanınmış alim və peşəkar həkim, Tibb Elmləri Doktoru Elman Ələkbərovu öz əli ilə ərizə yazıb işdən azad olunması məcburiyyətində qoydu. Elmi işçilərə elmi fəaliyyətlərində heç bir şərait yaratmır, elmi texniki bazanı təkmilləşdirmək əvəzinə elmi işçiləri plageat məqalələr yazmağa və özünün də adını başlıqda qeyd etməyə məcbur edir və bununla ETKİ-nun elmi fəaliyyətini təsdiqləmək istəyir. Bu 4 il ərzində elmi dərəcəyə layiq bilinən heç bir elmi iş icra olunmamışdır. Hər bir əməlini TƏBİB və İcbari sığottanın adı ilə bağlayan direktor elmi işçiləri otaqlarından sıxışdırmağın hesbına palataların sayını artırır, elmi işçiləri isə sanitar və higiyenik normalara uyğun olmayan otaqlarda ( 9 kvadrat metrəlik otaqda 6 nəfər) yerləşdirərək, institutu şəxsi gəlir mənbəyinə çevirmişdir”.

Rəhbərlikdən narazı olan əməkdaşlar cumhuriyyet.az-a ünvanladıqları məktubda daha sonra yazır: “Hal hazırda institutdakı struktur quruluşu nəinki dünya standartlarına, hətta geridə qalmış 3-cu dövlətlərdəki kliniki xəstəxanaların strukturuna uyğun deyil. 40 ildə yaradılan 4 ıl ərzində dağıdılıb: rentgen apparatını təmir etmək əvəzinə rentgen kabinet dağıdılıb. Buna görə də stasionar və ağır ambulator xəstələr rentgen müayinəsi üçün 5 saylı xəstəxanaya göndərilirlər.

Bununla əlaqəli olan narazılıqları guya ki, nəzərə alaraq “Modul” xəstəxanasında istifadə olunan portativ rentgen apparatı qətirilib 2-ci mərtəbədə sanitar- higiyenik normalara uygun gəlməyən və rentgen şüalarından izolyasiyası olmayan adi Exokardioqrafiya otağında yerləşdirilmişdir.Bu səbəbdən kollektiv öz narazılığını bildirmiş və yazılı surətdə direktora müraciət etmişdir. Kollektivin narazılığından ehtiyat edən direktor Rentgen apparatını otaqdan çıxartdırsa da, kiçik tibb personalın və həkimlərin bəzilərinəhədə qorxu gələrək təzyiq göstərmişdilər.
İcbari sığortanın fəaliyyətinin icra olunmağa başlanması dövründə də dövlət qanun qaydasına riayət edilməsi əvəzinə, qanun pozuntularına yol verilməsi Gülnaz Dadaşovanın dəsti xəttinə daha da çox uyğundur. Bu baxımdan bonusların paylanmasında çox problemlər yaşanır: bonusların vaxtı vaxtında və olacağından çox aşağı miqdarda verilməsi və yaxud bəzi əlavələrin bir çox əməkdaşlara ümumiyyətlə verilməməsi faktdır. Bununla əlaqədar olaraq TƏBİBƏ və İcbari sığortanın icraçı nümayəndələrinə şifahi və yazılı surətdə müraciətlər olmuş və yoxlamalar gəlmişdir. Lakin necə olubsa Dadaşova yenə də aydan arı- sudan duru çıxmışdır. Səbirsizlik qabının sonuncu damlası, qəbul şöbəsinin növbətçi hıkimlərinə dövlət tətəfindən müəyyən olunmuş qanuni məvacibin kəsilməsi oldu. Onların şikayətlərinin araşdırılması əsnasında məlum oldu ki, həkimlərin qanuni maaşı kəsilib və şöbələrə yeni təyin olunmuş növbətçi həkimlərin maaşlarının üzərinə növbə sayına görə bonus şəklində əlavə olunub. Hal hazırda hər kəs növbədən kənar, bir və yaxud iki həftəlik qanuni məzunyyət götürməyə ehtiyat edir. Çünki hamı bilir ki, məzuniyyət pulu verilməyəcək və bu azmış kimi gələn ay maaşdan da kəsiləcək. Dəfələrlə mühsibata müraciət olunsa da əməkdaşın xeyrinə bir sübut olmamışdır. Bunlardan başqa son 3 ay ərzində, pressinqlər daha da artıb. ETKİ-də əməkdaşlara töhmət vermək adi hala çevirilib. Son 3ay ərzində 10 nəfərdən çox əməkdaşa töhmət verilib və başqa cəza tədbirləri (gördüyü işdən uzaqlaşdırmaq və s.)görülür. Əməkdaşı onun tutduğu vəzifədən, kliniki statusundan,elmi dərəcəsindən asılı olmayaraq , hər hansı cüzi əmək pozuntusu olan kimi izahat yazmağa və izahatın sonunda isə “mən bir daha belə etməyəcəm” cümləsini yazdırıb körpə uşaq kimi alçaldır və təzyiq altında saxlayırlar.ETKİ elmi tədqiqat müəsisəsindən, elm ocağından, elmi təkmilləşmə klinikasından “islah koloniyasına) çevirilib.Bu təzyiqlərə və təhdidlərə, hədə qorxuya, həkim və alim hüququnun tapdalanmasına məruz qalan əməkdaşların institutdan başqa klinikalara axını başlayıb.. Adını sadaladığımız alimlərdən başqa Tibb üzrə Fəlsəfə Doktoru Rufanə Abdullayeva, elmi işçi Quliyeva Afət öz xoşları ilə institutdan uzaqlaşmaq məcburiyyətində qalmışdılar. Burada hələ orta tibb işçilərin siyhısı sadalanmır. Bu siyahı get gedə artmaqdadır, çünki narazılıq get gedə daha da artır. Belə getsə kardioloqiya elminin inkişafı və tərəqqisi üçün institutda dəyərli alim qalmayacaq.
Stasionarda yatan xəstələrə lazım olan laborator müayinələr (əlavə hormonal müayinələr və s) xəstəxananın yox həkimin bonusundan çıxılır.

Yay aylarında ağır ürək çatmazlığı və tənəffüs problemləri olan xəstələr isti otaqlarda boğulur, şöbənin koridorunda olan kondisionerlər həkimlər tərəfindən pul yiğılaraq alınıb.

Bütün inzibati kabinetlərdə, direktorun otağında isə müasir komdisionerlər quraşdırılıb. Şöbələrdə yatan 40-50 xəstəyə yalnız 2 tualet fəaliyyət göstərir, yuyunmaq üçün nə isti su nə də xüsusi otaq ayrılmayıb. Direktorun qoyduğu qanun ilə pullu xəstələrə luks və yarımlyuks palatalar günü müvafiq olaraq 50 və 40 manata təklif olunur. Yığılan pullar katibəsi Aygül vasitəsi ilə direktora ötürülür” //cumhuriyyet.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir