Dünya

Türkiyə vətəndaşları Sudandan təxliyə olunublar

Türkiyə vətəndaşları Sudandan təxliyə olunublar.

Bu barədə “Zirvə yolu” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Türkiyənin 167 vətəndaşı Sudandan təxliyə olunub. Xartumda otelə toplaşan Türkiyə vətəndaşları avtobuslarla Efiopiyaya gətirilib. Oradan “Türk Hava Yolları”na (THY) məxsus “Boeing 777” tipli təyyarə ilə İstanbul Hava Limanına gəliblər.

Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə ilə nizami ordu bölmələri arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır. Cümə günü hər iki tərəf Ramazan bayramı münasibətilə atəşkəs elan edib.

Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600 nəfərə çatdığını bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir