Ceyhun Bayramov: “Fransanın iki il yarım ərzində Ermənistana hansısa çağırış etdiyini görmədik”
“Azərbayan iki il yarım ərzində Fransanın Ermənistana hansısa çağırış etdiyini görmədi”.
“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan açıq və şəffaf şəkildə, öz Konstitusiyasına uyğun addım atır: “Biz iki il yarım əvvəl bununla bağlı mövqeyimizi ortaya qoymuşduq. Ancaq Fransa Ermənistana çağırış etməmişdi”.