Cəmiyyət Manşet

FHN Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа tаktiki-xüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdаfiə işinin təşkili şöbəsi və Dövlət Yаnğın Təhlükəsizliyi İdаrəsi “Obyektdə baş vermiş yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda tаktiki-xüsusi təlim keçirib.

“Zirvə yolu” Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd hava limanında qəza şəraiti yarandığı halda Naxçıvan Beynəlxalq Hava Limanı ilə FHN arasında qarşılıqlı fəaliyyətin təşkilinə, yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının, həmçinin təlimə cəlb olunan digər qüvvələrin uzlaşmış fəaliyyətinin təşkilinə nail olmaq, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması ibarət olub.

Təlim planına uyğun olaraq əvvəlcə tədris nöqtələri barədə məlumat verilib. Hаvа limаnının idаrəеtmə оrqаnlаrının və mülki müdаfiə qərаrgаhı hаzır vəziyyətə gətirildikdən sonra yаnğın təhlükəsizliyi və qəzа-xilаsеtmə kоmаndаsının fəаliyyətinin təşkilini yоxlаnılıb. Sonra hava limanının yanğın təhlükəsizliyi komandasına yanacaq-sürtkü materialları anbarında şərti yanğının olması barədə məlumat verilib. Şəxsi heyət həyəcan siqnalı ilə hadisə yerinə cəlb olunub.

Naxçıvan Beynəlxalq Hava Limanı FHN-in yanğınsöndürmə texnikası və şəxsi heyəti tərəfindən şərti yanğının qarşısı vaxtında alınıb, yanğının qonşu çənlərə keçməməsi üçün çənlərin soyudulması təmin edilib. Yanğın ocağında xəsarət alanlara hava limanın səhiyyə məntəqəsi tərəfindən ilk tibbi yardım göstərilib və onların xəstəxanaya təxliyəsi təmin olunub.

Uğurla keçən təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə ümumilikdə 143 nəfərlik şəxsi heyət, 6 yanğınsöndürmə avtomobili cəlb olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir