Rəsmi Bakı: “Ermənistan Praqa və Soçidə üzərinə götürdüyü öhdəlikləri və beynəlxalq hüququ pozur”
“Ermənistanın bəyanatları qəsdən gərginliyin artırılması məqsədi daşıyır”.
“Zirvə yolu” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 27-də hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində əksini tapıb.
Qeyd olunub ki, Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır və Ermənistan tərəfindən Praqa və Soçidə öz üzərlərinə götürdükləri öhdəliklərə, eləcə də beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistan tərəfinin bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, qəsdən gərginliyin artması məqsədi daşıyır.