Bakıda təşkil olunan Azərbaycan Qran-prisində “Formula 2″nin əsas yarışı başa çatıb.
“Zirvə yolu” xəbər verir ki, 29 dövrənin tamamında “Prema Racing”in pilotu Oliver Bearman bütün rəqiblərini geridə qoyub.
“Rodin Carlin”dən Enzo Fittipaldi ikinci, “Art Grand Prix”dən Teo Purşer üçüncü olub. Bu sürücülər sıralama turunda da müvafiq mövqelərdə qərarlaşmışdılar.
“Hitech”dən İsak Hacar uzun müddət lider olsa da, bunu sonadək davam etdirə bilməyib. “PHM Racing”dən Bred Benavides qəza törətdiyi üçün mübarizəni dayandırmışdı.
Qeyd edək ki, “Formula 1″də əsas yarış saat 15:00-da başlayacaq.
12:07
Bakıda təşkil olunan “Formula 2” üzrə Azərbaycan Qran-prisinin əsas yarışında 20 dövrə tamamlanıb.
“Zirvə yolu”nun məlumatına görə, “Hitech” komandasının pilotu İsak Hacar liderliyini davam etdirir.
11:48
Bakıda təşkil olunan “Formula 2” üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.
“Zirvə yolu”nun məlumatına görə, 10 dövrənin tamamında “Hitech” komandasından İsak Hacar liderdir.
11:25
Bakıda təşkil olunan “Formula 2” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
“Zirvə yolu” xəbər verir ki, 29 dövrədən ibarət mübarizə saat 11:25-də start götürüb.
Sıralama turunda “Prema Racing”in pilotu Oliver Bearman ən yaxşı nəticəni göstərmişdi. “Rodin Carlin”dən Enzo Fittipaldi ikinci, “Art Grand Prix”dən Teo Purşer üçüncü olmuşdu.
Qeyd edək ki, “Formula 1″də əsas yarış saat 15:00-da başlayacaq.