Manşet Xəbər

Şəmkirdə polis zabitinin öldüyü qəzanın təfərrüatları məlum olub – YENİLƏNİB 3

Şəmkir rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Zirvə yolu”nun məlumatına görə, hadisə gecə saatlarında Şəmkir rayonunda fəaliyyət göstərən şadlıq saraylarının birinin önündə qeydə alınıb.

Gədəbəy polis şöbəsinin əməkdaşı olan Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyev Mirsalam oğlu həmin vaxt şəxsi “VAZ-2121” markalı avtomobillə işə gedirmiş.

Bu zaman 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillə toqquşma baş verib.

Qəza nəticəsində polis zabiti aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda ölüb. F.Bağırov və onun sərnişinləri Quluzadə Toğrul Azər oğlu və Mahmudov Zirəddin Namiq oğlu xəsarət alıb.

Hadisədən xəbər tutan Z.Mahmudovun qardaşı Azər Mahmudov öz maşını ilə hadisə yerinə gedən zaman idarə etdiyi avtomobili maneəyə çırpıb və ağır xəsarət alıb.

Hadisələrdə yaralananlar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına və Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

08:20

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

“Zirvə yolu”nun məlumatına görə, Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “VAZ-2121” markalı avtomobillə 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə Seyidrüstəm Əliyev Mirsalam oğlu hadisə yerində dünyasını dəyişib.

Digər avtomobildə olanlar, 2001-ci il təvəllüdlü Bağırov Fikrət Nizami oğlu, 2000-ci il təvəllüdlü Quluzadə Toğrul Azər oğlu, həmyaşıdı Mahmudov Zirəddin Namiq oğlu və 2002-ci il təvəllüdlü Mahmudov Azər Namiq oğlu müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Onlardan ikisinin vəziyyəti ağır, digərlərinin kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

08:14

Daxili İşlər Nazirliyi Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “VAZ-2121”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.

Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, digər sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

S. Əliyev polis zabiti olub, Gədəbəy Rayon Polis Şöbəsində xidmət edirdi.

08:05

Şəmkir şəhər ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

“Zirvə yolu”nun məlumatına görə, yol qəzası zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qeyd edək ki, ölən şəxsin Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir