Sabah yağış yağacaq, dolu düşəcək
Bakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. “Zirvə yolu” Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə xəbər verir ki, lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var….
Rəsulzadə küçəsinin adı niyə dəyişdirilib? – AÇIQLAMA
Şirvan Şəhər İcra Hakimiyyəti Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adının dəyişdirilməsi ilə bağlı məlumata aydınlıq gətirib. İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş məsləhətçisi Gülməmməd Abbasov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiq edib: “Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adı dəyişməyib….
Prezident Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib. Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.



