Türkiyədə avtomobil qəzası olub, 6 nəfər yaralanıb
Türkiyənin Şanlıurfa şəhərində avtomobil qəzasında 6 nəfər yaralanıb. “Zirvə yolu” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Şanlıurfa-Bozova yolunun 20-ci kilometrliyində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsi sürücünün idarəetməsindən çıxaraq aşıb. Sürücü və sərnişinlər xəstəxanaya qaldırılıblar. Faktla bağlı araşdırma aparılır.
La Liqa: “Real Madrid” “Selta” üzərində inamlı qələbə qazanıb
İspaniya çempionatının 30-cu turunun növbəti oyununda “Real Madrid” “Selta”dan güclü olub. “Zirvə yolu” xəbər verir ki, paytaxt Madriddə “Santyaqo Bernabeu” stadionunda 60 386 tamaşaçının iştirakı ilə keçirilən görüş Karlo Ançelottinin yetirmələrinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Kral klubu…
İndoneziya sahilində güclü zəlzələ olub
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub. “Zirvə yolu” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 92,1 min nəfərin yaşadığı Pariaman şəhərindən 191 km cənub-qərbdə yerləşib. Episent 42 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə…
