Manşet Siyasət

Vaşinqtonda ABŞ dövlət katibi ilə Ceyhun Bayramov arasında görüş başlayıb

Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.

“Zirvə yolu” xəbər verir ki, görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların gedişatını və sülh sazişinin layihəsini müzakirə edirlər.

İkitərəfli görüşdən sonra C.Bayramov, E.Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş gözlənilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir