Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ilk oyunu keçirilib.
“Zirvə yolu”nun məlumatına görə, B qrupunda yer alan Ukrayna ilə CAR yığmaları Bakı Tennis Akademiyasında III tur matçında üz-üzə gəliblər.
Afrikalılar ilk iki matçda olduğu kimi, bu dəfə də böyükhesablı məğlubiyyətə düçar olublar. Onlar Ukraynanın 6 qoluna cəmi 1 topla qarşılıq verə biliblər – 1:6. Nəticədə Ukrayna millisi turnirdə ikinci qalibiyyətini əldə edib.
Qeyd edək ki, bu gün B qrupu çərçivəsində Türkiyə – Qazaxıstan və Ukrayna – Fransa matçları olacaq. A qrupunda isə Gürcüstan – Çexiya, Serbiya – İtaliya və Azərbaycan – Gürcüstan görüşləri keçiriləcək.