Azərbaycanın bədii gimnastları Portuqaliyada keçiriləcək Dünya Kuboku üçün yola düşüblər.
“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, 8 idmançı Portimao şəhərində təşkil olunacaq “Challenge” seriyasına aid Dünya Kubokuna qatılacaq.
Yığma üzvlərindən Zöhrə Ağamirova və Kamilla Seyidzadə fərdi, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina isə qrup hərəkətlərində çıxış edəcəklər.