Türkiyə səfiri Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını səsvermədə iştirak etməyə çağırıb.
“Zirvə yolu”nun xəbərinə görə, o, mətbuat konfransında mayın 14-də Türkiyədə Prezident və parlament seçkilərinin keçiriləcəyini xatırladıb.
“Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda olacaq. Vətəndaşlarımız mayın 5-i saat 9:00-21:00 arasında 12 saat ərzində Bakı, Naxçıvan və Gəncədə səs verə biləcəklər Səsvermə prosesinin həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Vətəndaşlarımızı səsvermədə aktiv iştirak etməyə çağırırıq”, – deyə diplomat bildirib.