Xəbər

Leysan yağışlar nəticəsində Biləsuvarın mərkəzi küçələrini su basıb

Son günlər yağan leysan yağışları nəticəsində Biləsuvar şəhərinin mərkəzi küçələrinin bəzi hissələrini su basıb.

“Zirvə yolu”nun məlumatına görə, texnikalar vasitəsilə suçəkmə işləri aparılır.

Hazırda rayon ərazisində intensiv yağıntılar davam edir.

Qeyd edək ki, ötən gün də leysan və güclü külək Biləsuvar rayonunda bir sıra fəsadlara yol açıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir