Səfir: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsi Aİ-nin gündəmindədir”
“Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır”.
“Zirvə yolu” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.
Onun sözlərinə görə, Aİ sabit və təhlükəsiz Cənubi Qafqazın tərəfdarıdır.
“Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına tərəfdardır və bunun üçün səy göstərəcək”, – P.Mixalko vurğulayıb.
O, bu prosesdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rolunu qeyd edib.
Səfir bildirib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsi hər zaman Aİ-nin gündəmindədir.