Ankarada Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestr Salonunda Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.
“Zirvə yolu” xəbər verir ki, mərasim Azərbaycanın Türkiyədəki Səfirliyinin və bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan və Türkiyə parlamentinin deputatları, ölkəmizin Türkiyədəki səfiri, tarix üzrə fəlsəfə elmləri doktoru Rəşad Məmmədov, Ankara Universitetinin rektoru professor Necdet Ünüvar, Türkiyə Prezidentinin baş müşaviri İlnur Çevik, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, mətbuat nümayəndələri, Ankarada yaşayan azərbaycanlılar və digər şəxslər iştirak ediblər.
Çıxışçılar Heydər Əliyev şəxsiyyətinin dahiliyindən bəhs ediblər. Azərbaycan-Türkiyə əlaqələrinin qurulması və inkişafında Heydər Əliyevin xüsusi xidmətlərindən bəhs olunub.
Bildirilib ki, Heydər Əliyevin xidmətlərinin nəticəsi olaraq, Azərbaycan-Türkiyə dostluğu daha da möhkəmlənib.
Çıxış edənlər Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Heydər Əliyevin fəaliyyətləri, türk dünyasına verdiyi töhfələr bütün türk gənclərinə aşlanmalıdır.
Tədbirdə “Heydər Əliyev 100 yaşında” adlı sərgi təşkil edilib, Ümummilli Liderə həsr olunmuş sənədli film nümayiş olunub, Heydər Əliyevin sevdiyi mahnılar Türkiyədə milli ruhlu ifaları ilə tanınan, azərbaycanlı müğənni, Xalq artisti Azərinin ifasında səsləndirilib.