Dünya

Avropa ölkələrinin liderləri Ukraynaya 4,4 milyard avroluq hərbi yardım etdiklərini açıqlayıblar

2022-ci ilin fevral ayından etibarən Şimali Avropa ölkələrindən Ukraynaya verilən hərbi yardımın həcmi təxminən 4,4 milyard avro təşkil edir.

“Zirvə  yolu” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya və Ukrayna prezidentlərinin, həmçinin Danimarka, İslandiya, Norveç və İsveç baş nazirlərinin görüşündən sonra yayılmış birgə bəyanatda deyilir.

“Şimali Avropa ölkələri müxtəlif silah sistemləri, o cümlədən bahalı hava hücumundan müdafiə sistemləri, “Leopard” döyüş tankları, zirehli döyüş maşınları, artilleriya sistemləri və sursatlar ianə etməklə Ukraynaya ciddi hərbi yardım ediblər. 2022-ci ilin fevral ayından Ukraynaya təqdim edilən milli hərbi yardım paketlərinin ümumi dəyəri təxminən 4,4 milyard avro təşkil edir”, – bəyanatda vurğulanır.

Hərbi yardımdan əlavə, bütün Şimali Avropa ölkələri Ukraynaya maliyyə, humanitar və təcili yardım göndəriblər ki, bu da artıq 1,5 milyard avronu keçib və artmaqda davam edəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir