Səudiyyə Ərəbistanı hökuməti Fransanın PSJ komandası və Argentina millisinin futbolçusu Lionel Messiyə müqavilə təklifi etməyə hazırdır.
Bu barədə “Zirvə yolu” “The Telegraph”a istinadən xəbər verir.
Qeyd edilir ki, 35 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının klublarından birinə keçsə, ildə 400 milyon avro (320 milyon funt-sterlinq) maaş ala biləcək. “Əl-Nəsr”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldu 165 milyon funt-sterlinq qazanır.
Məlumata görə, yaxın vaxtlarda Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələri Messinin atası ilə danışıqlar aparacaq.