Siyasət

Naxçıvan MR-in Hərbi Prokurorluğu AR Prokurorluğu sistemindən çıxarılıb

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Prokurorluğu sistemindən çıxarılıb.

“Zirvə yolu” xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Prokurorluq haqqında” qanuna təsdiqlədiyi dəyişiklikdə əksini tapıb.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əsasında Naxçıvan Hərbi Prokurorluğu yaradılıb.

Nazirlər Kabinetinə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanundan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında da müvafiq dəyişiklik edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir