Xəbər

“Ağır ürək əməliyyatı keçirmişəm, 1 ildir təqaüdüm kəsilib, müraciət etsəm də baxan yoxdur” – Ağstafadan GİLEY

Ağstafa rayon sakini Samir Namazov bildirir ki, 2012-ci ildə o Ağır ürək Əməliyyatı keçirib. Əməliyyatdan sonra ona 5 illik əlilik müavinəti təyin edilsə də, artıq bir ildir ki, müavinəti kəsilib. Onun sözlərinə görə, əməliyyatı üçün pul çatmadığına görə evlərini satıblar və daha sonra ona 3 sot torpaq sahəsi verilib.

Qeyd edir ki, həmin torpaqda ev tikmək üçün Ağstafa rayon icra hakimiyyətindən kömək istəsə də, heç bir köməkliyin edilməyib.

Şikayətçi kanalımız vasitəsilə ölkə rəhbərliyinə və aidiyyatı qurumlara müraciət edərək ona köməklik göstərilməsini xahiş edir. //kanal 13//

Daha ətraflı aşağıdakı videoda:

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir