Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21” qırıcısının planlı təlim-məşq uçuşu zamanı yaşayış məskəninə düşməsi nəticəsində 3 dinc sakin ölüb, pilot yaralanıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə məlumatı yerli NDTV yayıb.
Bildirilib ki, hadisə Hindistanın şimal-qərbində Suratqarx şəhəri yaxınlığında yerləşən kəndlərin birində qeydə alınıb.
Məlumata görə, həmin zaman pilot katapultasiya edib, lakin yaralanıb.
Yerli hakimiyyət orqanları hadisənin səbəb və şəraitini araşdırır.
Qeyd edək ki, “MiQ-21” keçmiş sovet istehsalı olan qırıcılardandır.