İdman

“Neftçi”nin kapitanı Azərbaycan çempionatında 150-ci oyununu keçirib

Emin Mahmudov Azərbaycan çempionatında 150-ci oyununu keçirib.

“Zirvə yolu” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXXIII turuna təsadüf edib.

“Turan Tovuz”la səfər matçı “ağ-qaralar”ın kapitanı üçün əlamətdar olub. O, Premyer Liqada keçirdiyi 150 oyunun hamısında “Neftçi” forması geyinib.

Debütü 2017/18 mövsümünə təsadüf edən Mahmudov bu görüşlərdə 37 qola imza atıb.

Yarımmüdafiəçi klub tarixində Azərbaycan çempionatında 150 və daha çox matça çıxan 6-cı futbolçudur. 1992-ci ildən keçirilən yarışda onadək 5 oyunçu ağ-qara forma ilə ən azı 150 dəfə meydana çıxıb.

Qeyd edək ki, “Neftçi” “Turan Tovuz”a 0:4 hesabı ilə uduzub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir