Xəbər

Tovuzda başçıya söykənən ÖZBAŞINALIQ… – NƏZARƏTSİZ QALIBLAR…

Tovuz şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Zöhrab Əhmədovun öz vəzifəsi ilə bir araya sığmayan kommersiya fəaliyyəti barədə, əhali və qeyri — əhali qrupu ilə heç bir qarşılıqlı müqavilə bağlanmadan özbaşına pul yığımlarını davam etdirməsi, əhalidən 3 manat, qeyri — əhali qrupu üzrə isə 15 — 20 manat toplanması haqda tənqidi məqalələrimiz yəqin ki, daimi oxucularımızın yadındadır. Onu da qeyd etmişdik ki, işləri yarıtmaz, keyfiyyətsiz və başdansovdu aparılan MTKİB-nin tənqidə tuş gələn rəisi Zöhrab Əhmədov fəaliyyətində müsbət dönüş etməyə çalışmaq əvəzinə, işçilərindən şübhələnərək, onların sırasından özünə yaxın olmayanları gözümçıxdıya salaraq onları qorxudur, işdən qovacağı ilə hədələyir.

Bu günlərdə yenidən Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, Tovuz şəhərinin Xətai küçəsində budama adı ilə çoxillik ağacların kütləvi qırımı həyata keçirilir. Təqdim olunan şəkillərdən də açıq məlum olur ki, işlərə rəhbərlik Zöhrab Əhmədovun şəxsən özü tərəfindən həyata keçirilir. Belə ki, mayın 4-də səhər saat 11:00 — 13:00 radələrində Tovuz şəhər Xətai küçəsində, Tovuz Rayon Mərkəzi Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Zöhrab Əhmədov rəhbərliyi altında ağacların kütləvi qırımı aparılmışdır. Küçə sakunləri buna etiraz edərkən isə Zöhrab Əhmədov bildirib ki, bu, icra başçısının tapşırığıdır, heç kim mane ola bilməz.

Tovuzda başçıya söykənən ÖZBAŞINALIQ...
Tovuzda başçıya söykənən ÖZBAŞINALIQ...
Tovuzda başçıya söykənən ÖZBAŞINALIQ...
Tovuzda başçıya söykənən ÖZBAŞINALIQ...
Tovuzda başçıya söykənən ÖZBAŞINALIQ...

Xətai küçəsində yaşayan sakinlərin sözlərinə görə, edilən bütün narazılığa baxmayaraq, Zöhrab müəllim çoxillik ağacların kəsilməsinə və dərhal ərazidən daşınmasına göstəriş verib.

Məsələ ilə bağlı araşdırmamız davam edir

Deryaz.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir