“Şaxtyor” (Soliqorsk) və “Energetik BGU” komandaları danışılmış oyunlara görə Belarus çempionatının qızıl və gümüş medallarından məhrum ediliblər.
“Zirvə yolu” xəbər verir ki, yerli federasiya iki klubu danışılmış oyunlarda iştiraka görə cəzalandırıb.
Beləliklə, BATE çempionatın qalibi olub. Minsk “Dinamo”su ikinci, “İsloç” isə üçüncü yeri tutub.
Bundan əlavə, “Belşina” klubu da eyni səbəbdən sanksiyaya məruz qalıb. Hər üç klub cərimə ilə də üzləşib.
Qeyd edək ki, komandalar üç iş günü ərzində qərarla bağlı Apellyasiya Komitəsinə şikayət edə bilərlər.