Moldova parlamenti “Mir” teleradio şirkətinin fəaliyyəti ilə bağlı müqavilədən çıxmaq barədə qərar qəbul edib.
“Zirvə yolu” TASS-a istinadən bildirir ki, məlumatı qanunverici orqanın Mətbuat xidməti yayıb.
Parlamentin 101 deputatından 56-sı qərar layihəsinin lehinə səs verib.
Qeyd edək ki, “Mir” Dövlətlərarası Teleradio Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti MDB-yə üzv dövlətlərin başçıları arasında bağlanmış sazişə əsasən 1992-ci il oktyabrın 9-da yaradılıb.
Xatırladaq ki, 2023-cü ilin fevralında Moldovanın xarici işlər naziri Niku Popesku ölkəsinin MDB-dən çıxdığını açıqlayıb: “Biz MDB çərçivəsində sazişləri denonsasiya etməyə başlayırıq. Biz bu siyahını yeniləyib dərc edəcəyik. Təkcə Daxili İşlər Nazirliyinin xətti ilə 20-yə yaxın müqaviləni denonsasiya edirik”.