Cəmiyyət

Sabah Nərimanovdakı “Cümə” məscidində təmirdən sonra ilk dəfə Cümə namazı qılınacaq

Mayın 12-də Bakının Nərimanov rayonu ərazisində yerləşən “Cümə” məscidində təmirdən sonra ilk dəfə Cümə namazı qılınacaq.

“Zirvə yolu” xəbər verir ki, eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Cümə” məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb.

Aprelin 20-də “Cümə” məscidinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir