İdman

Azərbaycanın iki boksçusu bu gün dünya çempionatında finala yüksələ bilər

Bu gün Azərbaycanın iki boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxacaq.

“Zirvə yolu”nun məlumatına görə, Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) finala vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

Dominges həlledici qarşılaşmaya vəsiqə uğrunda Georgi Kuşitaşvili (Gürcüstan) üz-üzə gələcək. Abdullayev bu raundda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.

Qeyd edək ki, hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir