Siyasət

ETSN-nin vəzifəli şəxsinin BAŞI CƏNCƏLDƏ… – İLGİNC İDDİA

Ekologiya və Təbii Sərvətlər Nazirliyininin keçmiş (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru, hal-hazırda isə 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin müdüri Vaqif Cavadovun da həbs olunacağı deyilir.

“Azərbaycan Reallığı”na daxil olan məlumata görə Sumqayıt şəhərində artıq bir neçə gündür Maliyyə Nazirliyinin əməkdaşlarının bir neçə idarədə ciddi yoxlama işləri davam edir. Artıq yoxlamaların nəticəsi heçdə yaxşı olmayacaqında xəbər verir. Belə ki, təkcə Sumqayıt şəhər təhsil idarəsində millyonlarla manat mənimsəmə aşkar edilib.

Mənbənin sözlərinə görə, yoxlamalar növbəsi Sumqayıt şəhərində yerləşən 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə çatıb. Sözügedən qurumun 2018-ci ildə Sumqayıt şəhərində tikilən inzibati binasında xeyli maliyyə maxinasıyaları aşkar edilib. Vaqif Cavadov isə quruma rəhbərlik etdikdə Sumqayıt ərazisində qeyri-qanunu olaraq mülklərin və obyektlərin tikintisinə müəmmalı şəkildə icazə verilib.

Daha sonra mənbə qeyd edir ki, Vaqif Cavadovun işdən ayrılan müddətinə elə də çox zaman qalmayıb. Onun cəmi 1 ildən sonra pensiya yaşı ilə bağlı işlə əlvidalaşacağı deyilir. Onun üçün də görünən odur ki, onu heç də rahat şəkildə buraxmaq istəmirlər.

Mövzuya qaydacağıq

“Azərbaycan Reallığı”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir