Manşet Siyasət

Ulu Öndərin ABŞ-dakı büstünün müəllifi: “Heydər Əliyevdə əsl liderin unikal vəhdəti var”

“Heydər Əliyevdə insanlıq, möhkəmlik, zəriflik və əsl liderin unikal vəhdəti var”.

“Zirvə yolu” xəbər verir ki, bunu Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində qoyulan bürünc büstün müəllifi, dünyaca məşhur heykəltəraş Sergey Eylanbekov deyib.

“Heydər Əliyevin heykəlini ürəyimin dərinliklərində ona hiss etdiyim sevgidən güc alaraq yaratmışam”, – o vurğulayıb.

Rusyada doğulan və uzun illərdir Amerikada fəaliyyət göstərən sənətkar deyib ki, ikinci dəfədir, Heydər Əliyevin abidəsini yaradıb: “Atam Azərbaycanda doğulub. Mən Azərbaycanda doğulub boya-başa çatmasam da, Azərbaycana məni bağlayan güçlü bağlar var. Elə Azərbaycanın qurucusu Heydər Əliyevə olan sonsuz sevgim bunlardan biridir”.

Sergey Eylanbekov Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən də danışıb:

“Heydər Əliyev müstəsna lider idi, tarixin ən çətin dövrlərində Azərbaycanı inşa etdi və bu, olduqca böyük nailiyyət idi. Bir sənətkar kimi mən Heydər Əliyev dünyasını bu gün yenidən bürünc heykəlimlə birləşdirdim. Bu, ilk əsərim deyil. Belə ki, 2012-ci ildə ilk dəfə hazırladığım Ulu Öndər Heydər Əliyevin bütöv portertinin əks olunduğu heykəl Azərbaycan Diplomatik Akademiyasının şəhərciyində qoyuldu. Həmin gün mənim üçün olduqca vacib idi. Düşünürəm ki, ADA Universitetinin olduğu mütərəqqi mühitdəki Heydər Əliyev heykəli sonsuzadək mövcud olacaq. Mən o heykəli ürəyimin ən dərinliklərində Heydər Əliyevə hiss etdiyim sevgidən güc alaraq yaratmışdım”.

“Xoşbəxtəm ki, yenidən mənə Heydər Əliyev dünyasını yaratmak həvalə olundu. Mən Heydər Əliyevin simasına hopmuş bütöv mükəməlliyi və bu elementi bir arada tutan hisslərimdən istifadə edərək əsərimi yaratdım.

Bu gün bura gələn qonaqlardan əsərimlə bağlı çox gözəl sözlər eşitdim. Mənə dedilər ki, Heydər Əliyevin üz çizgilərini, ona məxsus olan həm zəhimli, həm də mülayim simasını hisslərin bir qədər çətin əks olunduğu bürünc heykələ gözəl işləmisəm. Düşünürəm ki, bu mükəmməl əsər ömrüm boyu qazandığım təcrübələr və ən əsası Heydər Əliyevə olan böyük sevgimin nəticəsidir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir