Dünya

G7 ölkələri Rusiyanın energetika sektoruna qarşı yeni tədbirlər elan edəcək

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri növbəti sammitdə Rusiyanın energetika sektoruna qarşı sanksiyaların sərtləşdirilməsi, anti-Rusiya sanksiyalarından yan keçilməsi ilə bağlı yeni tədbirlər elan etmək niyyətindədir.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına əsasən, ABŞ rəsmiləri “Böyük Yeddilik” ölkələrinin Rusiyaya ixracla bağlı qaydaları dəyişdirəcəyini gözləyir.

Xatırladaq ki, G7 ölkələrinin liderlərinin növbəti sammiti mayın 19-21-də Yaponiyada keçiriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir