Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi heyəti Türkiyədəki prezident və parlament seçkilərinin gedişini izləyib və rəyini açıqlayıb.
“Zirvə yolu” xəbər verir ki, rəydə səsvermə günü xalqın azad iradəsindən istifadə etməsi üçün bütün zəruri şərait yaradıldığı qeyd olunub.
Bildirilib ki, seçkilərin tərəfsiz müşahidəsi üçün beynəlxalq şərtlər tətbiq olunub: “Müşahidəçilər səsvermə prosesi ilə bağlı hansısa mənfi hal aşkarlamayıb. Seçki məntəqələrində səs verə bilməyənlər üçün səyyar seçki məntəqələrindən istifadə olunub. Xüsusilə yaşlı nəslin seçkilərdəki fəallığı kifayət qədər idi. Seçki məntəqələri seçki qanununa uyğun hazırlanmışdı. Nəticə etibarilə seçkilər açıq və şəffaf şəkildə keçirilib. Missiya Türkiyə Cümhuriyyətini və qardaş türk xalqını uğurlu seçkilərə görə təbrik edir. Seçkilərin nəticələrinin ölkənin inkişafına töhfə verəcəyinə inanırıq”.