Ərəb Parlamentinin prezidenti: “Heydər Əliyev öz müdrik fəaliyyəti ilə Azərbaycan xalqı üçün milli qürur mənbəyi olaraq qalacaq”
“Heydər Əliyev öz müdrik fəaliyyəti ilə Azərbaycan xalqı üçün milli qürur mənbəyi olaraq qalacaq”.
“Zirvə yolu” xəbər verir ki, bunu Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.
O vurğulayıb ki, Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dünya birliyində layiqli yerini tutub: “Heydər Əliyev Azərbaycanla ərəb dövlətləri arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat olub. Ərəb Parlamenti adından bildirmək istəyirəm ki, Azərbaycanla ərəb dövlətləri arasında münasibətlərin inkişafı üçün əlimizdən gələni edəcəyik. Böyük rəhbərlərin izləri tarixdə hər zaman qalacaq, xalqlar onları yad edəcək. Heydər Əliyev də tarixdə, xalqının yaddaşında daim qalacaq. Azərbaycan ilə ərəb dövlətləri arasında möhkəm münasibətlər bundan sonra da davam edəcək”.